NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 3,6 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ildə 11268 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb. 
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu göstərici 2023-cü illə müqayisədə 3,6 faiz çoxdur. Mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4829-u torpaq sahəsi, 3985-i fərdi yaşayış, 2-si bağ evi, 1779-u mənzil, 193-ü qeyri yaşayış binası, 449-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 30-u əmlak kompleksidir. 
Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən muxtar respublika büdcəsinə daxilolmalar 11,7 faiz artaraq 1,2 milyon manatdan çox olub.

Nəşr edilib : 09.01.2025 15:08