NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq

...

Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması nəzərə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Proqrama əsasən, heyvan xəstəliklərindən azad təsərrüfatların (kompartmentlərin) yaradılmasının təşviqi, heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Nəşr edilib : 10.09.2026 14:47