NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Naxçıvanda da Brayl əlifbası ilə səsvermə imkanı yaradılıb

...

Milli Məclisə növbədənkənar seçkilərin 4 saylı seçki dairəsinin 16 saylı məntəqəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin 27 saylı seçki dairəsinin 1 saylı məntəqəsi Naxçıvan şəhərindəki Gənclər Mərkəzinin binasında yerləşir. Bu məntəqələrin seçiciləri arasında olan görmə imkanı məhdud vətəndaş Elməddin Kərimov da səs verib. Seçkilərdə görmə qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşlarımızın səsvermə prosesində iştirak etməsi məqsədilə Brayl əlifbası ilə seçki bülletenləri çap edilərək bütün seçki məntəqələrinə təqdim edilib. Bu məntəqələrdə seçici sayı, ümumilikdə, 1479 nəfərdir. Elməddin Kərimov təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, mən də vətəndaş kimi seçki hüququmdan istifadə etdim. Gözdən əlillər üçün səsvermə zamanı bu cür şəraitin yaradılması dünya standartlarına tam uyğundur.

O bildirdi ki, onlar üçün bu şəraitin yaradılmasına sevinir. Tam rahatlıqla seçkidə iştirak edib və seçdiyi namizədə səs verib.

Nəşr edilib : 01.09.2024 12:14