Prezident İlham Əliyevin adından Laos Prezidentini...
13:51 13.10.2026
0
0
0
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”ni təsdiqləyib.
"Şərq qapısı" xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin oktyabrın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış Sazişin məqsədi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin Azərbaycan Respublikasında öz funksiyalarını və vəzifələrini səmərəli yerinə yetirməsi üçün şərait yaradılması, onun hüquqi statusunun, imtiyaz və immunitetlərinin müəyyən edilməsi, habelə Azərbaycan Hökuməti ilə Təşkilat arasında münasibətlərin tənzimlənməsidir.
Digər xəbərlər