Dövlət Məşğulluq Agentliyi azad olunmuş rayonlarda...
18:01 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonu, Qıvraq qəsəbəsində fəaliyyət göstərən Məmmədov Yuşə Niyaz oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
"Şərq qapısı" xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilən tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Digər xəbərlər