NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Naxçıvanda cəza çəkən iki nəfər məhkum əfv olunub

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 sentyabr 2026-cı il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam, ümumilikdə, 20 nəfərə şamil olunub.
"Şərq qapısı" xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən iki nəfər – Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.
Sərəncamın icrası dərhal təmin edilərək adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.

Nəşr edilib : 23.09.2026 15:19