“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Naxçıvanın mədəniyyət ocaqları həm yerli əhali, həm də xarici turistlər tərəfindən ziyarət olunur ki, bu qədim diyarın zəngin tarixi irsinin və milli-mədəni dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Muzeylərə üz tutan əcnəbi qonaqlar burada Naxçıvanın qədim tarixini əks etdirən arxeoloji nümunələr, etnoqrafik eksponatlar, qədim sənətkarlıq məhsulları və nadir tarixi sənədlərlə yaxından tanış olurlar.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu ilin 3 ayında muxtar respublika muzeylərini 53 min 690 yerli, 9601 əcnəbi olmaqla, ümumilikdə, 63 min 291 turist ziyarət edib.
Muzeylərdə yaradılmış müasir ekspozisiya zalları, interaktiv təqdimatlar və bələdçi xidmətləri ziyarətçilərin məmnunluğunu artıran əsas amillər sırasındadır. Cari ilin yanvar-mart aylarında muzeylərə 280 yeni eksponat daxil olub, 31 sərgi qurulub. Xarici turistlər, xüsusilə eksponatların qorunma səviyyəsini, təqdimatın peşəkarlığını və məlumatların dolğunluğunu yüksək qiymətləndiriblər. Onların fikrincə, bu cür muzeylər regionun tarixini öyrənmək üçün etibarlı və zəngin mənbə rolunu oynayır.
Yerli ziyarətçilər arasında məktəblilər, tələbələr və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər üstünlük təşkil edib. Təhsil müəssisələri tərəfindən muzeylərə mütəmadi ekskursiyaların təşkili gənc nəslin milli tarixə və mədəni irsə marağının artırılmasına hesablanıb. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər və tematik sərgilər xüsusi əhəmiyyət daşıyır. Cari ilin 3 ayında 29 mədəni-kütləvi tədbir, 2976 ekskursiya təşkil olunub, şagirdlər üçün 87 açıq dərs, 126 mühazirə keçilib.
Digər xəbərlər