“Görmək gözəldir” aksiyasının sonuncu günündə qazi...
22:15 25.04.2025
0
0
0
NAXÇIVAN :
25 Aprel 2025, Cümə
Naxçıvan Muxtar Respublikasında cari mövsüm üçün Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyindən 40 qutu ipəkqurdu toxumu əldə edilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipəkqurdları may ayının birinci on günlüyünə qədər kümçülərə əvəzi ödənilmədən paylanılacaq.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında ənənəvi məşğuliyyət növü olan baramaçılıq və ipəkçiliyin bərpa edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Sahənin yenidən bərpası, o cümlədən əhalinin məşğulluğunun artırılması məqsədilə 2023-cü ildə pilot layihə hazırlanıb. Layihəyə uyğun olaraq ilkin mərhələdə baramaçılıqda yem bazasınınm formalaşdırılması üçün muxtar respublikanın bütün bölgələrində yeni tut bağları salınıb. 35 ildən sonra ötən il muxtar respublikada baramaçılıq bərpa edilib, 30 qutu ipəkqurdu toxumu əsasında 1,1 ton məhsul əldə olunub. Əldə olunmuş yaş barama Bərdə rayonunda yerləşən baramaqurutma məntəqəsinə təhvil verilib. Kümçülər tərəfindən istehsal edilən yaş baramaya görə subsidiyanın, eləcə də təhvil alan şirkət tərəfindən vəsaitin ödənilməsi təmin edilib.
Digər xəbərlər