NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda biznesin genişlənməsi üçün 138 layihəyə 22 milyon manat güzəştli kredit ayrılıb

...

Sahibkarlığın İnkişafı Fondu, eləcə də sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, orta və böyük həcmli çoxsaylı layihələrin icrasına start verilib. 
"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda çıxışı zamanı bildirib. 
Nazirin sözlərinə görə, cari ilin 11 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Verilmiş kreditlər hesabına yeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir.

Nəşr edilib : 03.12.2025 14:46