NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvanda bir sıra iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri həyata keçirilib, bir sıra obyektlərdə nöqsanlar aşkar olunub.
Agentlikdən "Şərq qapısı"na bildirilib ki,  tədbirlər zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən Hüseynov Qadir Səfər oğluna məxsus “Restopub”da, Azərbaycan məhəlləsi 59 ünvanında fəaliyyət göstərən Həsənov Murad Eldəniz oğluna məxsus “Uğurlu məkan” kafesində və İsmayılov Məhərrəm Sabir oğluna məxsus “Uğurlu məkan” çayxanasında gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb. 
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.

Nəşr edilib : 17.06.2025 18:40