Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rə...
20:28 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planının icrasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, ilk tədbir gənclərin intellektual inkişafına xidmət edib. Gənclər və İdman Nazirliyinin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə 7 komanda iştirak edib. İki turdan ibarət yarışmada ümumilikdə 26 sual səsləndirilib və hər düzgün cavab 1 xalla qiymətləndirilib.
Yekun nəticələrə əsasən, "Paradoks" komandası yarışmanın qalibi olub. Qalib komandanın üzvləri diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Digər xəbərlər