Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi mə...
14:19 22.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Bu gün səhər ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bələdiyyə seçkilərinə start verildi.
"Şərq qapısı" xəbər verir ki, muxtar respublikada seçkilər, ümumilikdə, 6 dairə, 330 məntəqə üzrə 44 bələdiyyəyə keçirilir.
Naxçıvan Tibb Kollecində yerləşən və 1262 seçicinin qeydə alındığı bələdiyyə seçkiləri üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı seçki məntəqəsində proses qanunamüvafiq həyata keçirilir. Saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir və saat 08:00-da səsvermənin başlandığını bildirir. Daha sonra müəyyənləşdirilmiş vəzifə bölgüsünə uyğun olaraq məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan seçicilərin şəxsiyyətini təsdiq edən sənədlərini və ultrabənövşəyi lampadan istifadə etməklə onların sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə əvvəl işarələnib-işarələnmədiyini yoxlayaraq səsvermə otağına daxil olmağa icazə verir.
Məlumat üçün bildirək ki, 4-12 saylı məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.
Qeyd edək ki, 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 1-i seçkiyə beş gün qalmış yaradılmaqla, ümumilikdə, 44 məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrin 4-də veb-kameralar quraşdırılıb. Dairə üzrə 46 mindən çox seçici qeydiyyata alınıb ki, onlardan 237-si ilk dəfə olaraq səsvermə hüququndan istifadə edəcək.
Digər xəbərlər