NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda baş verən qəzada 6 nəfər xəsarət alıb

...

Hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Çeşməbasar kəndi ərazisindən keçən hissəsində baş verib. "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar – 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Nəşr edilib : 25.01.2026 21:40