NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda aztəminatlı ailələrin övladlarının iştirakı ilə tədbir keçirilib

...

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional tabeliyində “Asan xidmət” mərkəzinin və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə “Bilik karvanı” layihəsi çərçivəsində Naxçıvan şəhərində aztəminatlı ailələrin övladlarının iştirakı ilə tədbir keçirilib. 
Tədbirdə ölkəmizdə uşaqların hüquqlarının yüksək səviyyədə qorunmasınının əhəmiyyətindən söz açılıb.  Qeyd edilib ki, böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Ulu Öndərin dövlət siyasətinin ən vacib istiqamətlərindən olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin diqqətində olub. Ümummilli Lider deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".
“Bilik karvanı” çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 20 aztəminatlı ailələrin uşaqlarına məktəb çantası və məktəbli ləvazimatları təqdim edilib.

Nəşr edilib : 04.09.2025 18:24