NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Babək rayonu Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, kənddə ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum edib. Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və o, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Nəşr edilib : 19.10.2025 14:03