NDU nəzdindəki gimnaziyada ümumi orta təhsil səviy...
21:11 25.06.2025
0
0
0
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Arşın mal alan” operettası əsasında hazırlanmış eyni adlı tamaşanın ilk nümayişi olub.
Naxçıvan Dövlət Kukla Teatrında keçirilən tədbirdə əvvəlcə teatrın foyesində qurulmuş sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə teatrın direktoru Səyyad Məmmədov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 3 fevral tarixdə “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq dahi bəstəkarın yubileyi ölkə səviyyəsində yüksək şəkildə qeyd olunur. Məhz bugünkü tamaşa da dahi bəstəkarın 140 illiyinə həsr olunub.
Sonra marionetka üsulu ilə hazırlanmış “Arşın mal alan” tamaşası izləyicilərə təqdim olunub.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyevdir.
Digər xəbərlər