NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına Naxçıvanda başlanılıb.
"Şərq qapısı" xəbər verir ki, Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində həyata keçirilir.
Qeyd edək ki, Naxçıvanda Amnistiya aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Bu gün Amnistiya aktı icrasında 15 nəfər azadlığa buraxılır. Bunların 6 nəfəri əcnəbi vətəndaşdır – 2 Türkiyə vətəndaşı, 2 İran vətəndaşı, 2 Türkmənistan vətəndaşı, 9 Azərbaycan vətəndaşı. Həmçinin azadlığa buraxılanlardan biri qadındır.

Nəşr edilib : 22.12.2025 11:37