NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda Amnistiya aktının icrası uğurla həyata keçirilir

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının icrası Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir.  
"Şərq qapısı" xəbər verir ki, bu günədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 60 nəfər məhkum azadlığa buraxılıb ki, bunlardan 2 nəfəri böyük ictimai təhlükə törətməyən, 1 nəfəri ağır, 57 nəfəri isə az ağır cinayət törədənlərdir.
Həmçinin 72 nəfər məhkumun cəzası 6 ay azaldılıb. Cəzası 6 ay azaldılan 1 nəfər az ağır, 
4 nəfər isə ağır (ehtiyatsızlıqdan) cinayət törədənlərdir.
Amnistiya aktının icrasının davamı olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumları tərəfindən isə 118 nəfər məhkum barəsində amnistiya tətbiqetmə barədə qərar qəbul edilməklə cəzadan azad edilib. Eyni zamanda 33 nəfər məhkumun barəsində amnistiya tətbiq edilməsi ilə bağlı müvafiq məhkəmələrə təqdimatlar verilib və həmin təqdimatlar təmin olunub.

Nəşr edilib : 06.01.2026 15:30