NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb

...

Naxçıvan Muxtar Respublikasında 1 oktyabr 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 21 min 969 olub. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 616 təşkil edib. 

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 5,4 faiz artaraq 6162 olub.

Nəşr edilib : 06.10.2025 16:59