NAXÇIVAN :

06 Iyun 2026, Şənbə

Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçirilir

...

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçirilir.

"Şərq qapısı" xəbər verir ki, festivalın əsas məqsədi innovativ və rəqəmsal həllər vasitəsilə şəhər və kəndlərin inkişafına töhfə verəcək ideyaların dəstəklənməsi, həmçinin gənclərin və startap ekosisteminin inkişafının təşviq edilməsidir.

Tədbir çərçivəsində müxtəlif rəqəmsal mövzularda panel müzakirələrin keçirilməsi, yerli və xarici şirkətlərin iştirakı, innovativ layihələrin təqdimatı, eləcə də şəbəkələşmə və təcrübə mübadiləsi imkanlarının yaradılması nəzərdə tutulur.

Festivalın yekununda keçiriləcək startap müsabiqəsində 4 kateqoriya üzrə hər birində 3 qalib müəyyən edilərək mükafatlandırılacaq.

Nəşr edilib : 22.05.2026 10:28