NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Naxçıvanda 50 yeni STEAM kabineti yaradılacaq

...

Dövlət başçısının Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə muxtar respublikanın ümumi təhsil müəssisələrində 50 yeni STEAM kabineti qurulacaq.
Həmçinin mövcud 154 kabinet STEAM avadanlıqları ilə zənginləşdiriləcək. 
Bu məqsədlə STEAM kabinetlərinin qurulması nəzərdə tutulan məktəblərin STEAM müəllimlərinin bilik və bacarıqlarının artırılması üçün beynəlxalq təlimçilər tərəfindən 3 günlük təlim təşkil olunub. 
Qeyd edək ki, keçirilən təlim Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq STEAM avadanlıqlarının alınması ilə bağlı keçirilmiş satınalma müsabiqəsində qalib olan təchizatçı tərəfindən təşkil olunub.

Nəşr edilib : 02.02.2025 15:12