Roma Papası Azərbaycana və Ermənistana müraciət ...
16:38 20.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
“2024-cü il ərzində yaşa görə 163 milyon 843 min 347 manat, əlilliyə görə 54 milyon 949 min 859 manat, ailə başçısını itirməyə görə isə 35 milyon 384 min 322 manat olmaqla, ümumilikdə vətəndaşlara 254 milyon 177 min 528 manat əmək pensiyasının ödənilməsi həyata keçirilib. Dövr ərzində 2461 nəfərə əmək pensiyası təyin olunub ki, bunlardan 1608-i (65.3%) proaktiv qaydada edilib”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, 2024-cü ildən Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar və xərclər Azərbaycan Respublikası üzrə mərkəzləşdirilib: “Məcburi dövlət sosial sığorta haqları hesabına vətəndaşlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 339 min 127 manat, uşağın anadan olmasına görə 1 milyon 228 min 942 manat, hamiləliyə və doğuma görə 1 milyon 650 min 271 manat, uşağa qulluğa görə 263 min 652 manat və dəfn üçün 1 milyon 156 min 680 manat ödəniş edilib. Həmçinin 2360 nəfərə proaktiv qaydada məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Hazırda muxtar respublikada bütün ünvanlı dövlət sosial yardımı ASİS üzərindən təyin edilir və ödənilir. Dövr ərzində 2683 ailəyə ÜDSY təyin edilmiş və dövrün sonuna 2408 ailəyə ümumilikdə 10 milyon 518 min 780 manat məbləğində ödəniş həyata keçirilib. Ailəbaşına düşən ÜDSY məbləği 475 manat, adambaşına düşən məbləğ isə 107 manat olub”.
Vurğulanıb ki, muxtar respublikada aylıq sosial müavinətlər üzrə 41 milyon 523 min 62 manat, birdəfəlik sosial müavinətlər üzrə isə 1 milyon 93 min 391 manat ödəniş edilib. 2024-cü ildən Naxçıvan Muxtar Respublikasında müavinət, təqaüd və ÜDSY üzrə ayrılan vəsaitin xeyli hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməyə başlanılıb və bununla da 2024-cü il üzrə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya məbləği 93 milyon 45 min 65 manat məbləğində azaldılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ÜDSY ödənişləri 2022-ci il üzrə 861 min 21 manat, 2023-cü il üzrə 5 milyon 130 min 6 manat, 2024-cü ilin sonuna isə 10 milyon 518 min 780 manat vəsait xərclənilib. Ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrə ödənən ortaaylıq yardımın məbləği 2023-cü ildə 428 372 manat, 2024-cü ildə isə 876 565 manat təşkil edib. 2023-cü illə müqayisədə 2024-cü ildə bu rəqəm 104,62% artıb.
Digər xəbərlər