QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərinin mərkəzi meydanında, Heydər Əliyev prospektində möhtəşəm Yeni il şənliyi təşkil olunacaqdır.
Tədbiri çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə bayram konserti baş tutacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivləri maraqlı çıxışlarla tədbirə xüsusi rəng qatacaqlar.
Digər xəbərlər