Atletikanın qaçış növü üzrə muxtar respublika biri...
17:16 30.10.2026
0
0
0
NAXÇIVAN :
30 Oktyabr 2026, Cümə
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə iki gün ərzində keçiriləcək Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı olan NASCO29-da iştirak etmək üçün Azərbaycanın müxtəlif universitetlərinin rəhbərləri, pedaqoji kollektivləri və tədqiqatçıları Naxçıvan şəhərinə səfər ediblər.
İştirakçılar sırasında olan Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev də öz təəssüratlarını jurnalistlərlə bölüşüb. Rektor açıqlamasında bildirib ki, bu, kifayət qədər ciddi bir platformadır: “Biz 29-cu dəfə Azərbaycanda Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransını NASCO29-u keçiririk. Bu platforma elmin inkişafında, elmi tədqiqatların aparılması və əldə olunan nəticələrin innovasiyalar istiqamətində yönləndirilməsində, bütövlükdə isə elmi mühitin yaradılmasının inkişafında çox mühüm rol oynayır. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində uğurla keçirilən bu platforma mühüm əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, təşkil olunan bugünkü konfrans NASCO konfransları tarixində həcminə görə ən böyük konfrans hesab olunur. Yüzlərlə doktorant və gənc tədqiqatçı bu konfransda iştirak edir. Tədbir həm əhatə dairəsinə, həm də Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən olan tədqiqatçıların iştirakına görə fərqlənir”.
Anar Nağıyev vurğulayıb ki, dördüncü Sənaye İnqilabının tələbləri və süni intellektin həyatımıza daxil olduğu yeni mərhələdə elmin və elmi-texnoloji inkişafın böyük gələcəyi vardır: “Bu baxımdan, Azərbaycanda elmi yaradıcılıq və elmi inkişaf da xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, müxtəlif ali təhsil müəssisələrindən olan tədqiqatçıların bu konfransda təqdim etdiyi elmi işlər təkcə onların şəxsi nəticələri kimi qalmayacaq. Bu tədqiqatlar həmkarlarla müzakirələr və daha geniş elmi mühit çərçivəsində elmimizin və təhsilimizin inkişafına mühüm töhfə verəcəkdir. Azərbaycanın bugünkü inkişafı kontekstində elmin müxtəlif sahələrinin inkişafı labüddür”.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan istər Qafqaz coğrafiyasında, istərsə də daha geniş məkanda, xüsusilə Zəfərimizdən sonrakı yeni reallıqlar şəraitində elmin inkişafını dinamik şəkildə davam etdirir: “Bu platformanın məhz müasir və gələcək Azərbaycanın inkişafına mühüm töhfələr verəcəyinə inanıram. Bakı Slavyan Universitetinin tədqiqatçıları da bu prosesdə fəal iştirak edirlər. Hazırda universitetimizin 18 tədqiqatçısı konfransda iştirak edir. Onlar müxtəlif elm sahələri üzrə tədqiqat aparırlar. İştirakçılar arasında Bakı Slavyan Universitetinin doktoranturasında təhsil alan əcnəbi vətəndaşlar da var. Konfransda süni intellekt, təhsilin inkişafı, dilçilik, tarix və digər humanitar elmlər sahəsində aparılan maraqlı tədqiqatlar təqdim olunur. Bu tədqiqatlar 30-31 oktyabr tarixlərdə Naxçıvan Dövlət Universitetində müxtəlif bölmələrdə dinləniləcək”.
Rafiq TƏHMƏZ
Digər xəbərlər