"Qarabağ" məğlub olub
00:08 29.11.2024
0
0
0
Naxçıvanda 2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 137 milyon 519 min 700 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 97 milyon 700 min 590 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 7 milyon 962 min 970 dollarını və ya 8,2 faizini ixrac olunmuş məhsulların, 89 milyon 737 min 620 dollarını və ya 91,8 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü ilin yanvar-sentyabr ayıları ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 faiz, o cümlədən ixrac 34,7 faiz, idxal 12,4 faiz azalıb.
Digər xəbərlər