Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı sərgi açılıb.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov açaraq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, rəssamlar hər zaman çalışırlar ki, ölkəmizin tarixində baş vermiş hadisələri faktlarla öz əsərlərində əks etdirsinlər. Onlar hər il Rəssamlar Birliyinin sərgi salonunda ənənəvi olaraq çəkdikləri əsərləri sərgiləyir, gələcək nəsillərə tarixi hadisələrin gedişatını öz yaradıcılıqları vasitəsilə çatdırmağa çalışırlar.
Daha sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Piri Nağıyev çıxış edərək 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsindən danışıb. Vurğulanıb ki, 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda təqvimin 20 Yanvar tarixi – “Ümumxalq Hüzn Günü” kimi elan edilib. Qan yaddaşımız olan bu cür faciələrin mahiyyətinin gələcək nəsillərə çatdırılmasında belə tədbirlərin önəmini diqqətə çatdırıb.
Digər çıxışlardan sonra sərgiyə baxış olub.
Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 18 rəssamın 30 əsəri sərgilənir.
Aidə İBRAHİMOVA
Digər xəbərlər