NAXÇIVAN :

18 Yanvar 2026, Bazar

Naxçıvanda 2 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Hərracda iştirak etmək üçün 9 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərracda 2 nəqliyyat vasitəsi üzrə hərrac qalibləri müəyyənləşdirilib. Özəlləşdirilən nəqliyyat vasitələrinin yekun qiyməti ilkin satış qiymətindən 17.6 faiz yüksək olub.  
Digər 2 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Nəşr edilib : 30.09.2025 17:39