Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermən...
14:23 24.04.2025
0
0
0
Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 11:00-a olan məlumatına əsasən, bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Naxçıvan Muxtar Respublikasında yağıntılar leysan xarakterli olub.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.
Qərb küləyi əsib, küləyin sürəti Göygöldə saniyədə 23, Daşkəsəndə 18 metrədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26°, Naxçıvan Muxtar Respublikasında 22°, Aran rayonlarında 28°, dağlıq rayonlarda isə 18°-dək isti qeydə alınıb.
Digər xəbərlər