Ərdoğanla Paşinyan arasında görüş başlayıb...
20:33 20.06.2025
0
0
0
NAXÇIVAN :
20 Iyun 2025, Cümə
“İrs” beynəlxalq jurnalının redaksiya heyəti tərəfindən hazırlanan və “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə nəşr olunan 20-yə yaxın kitabın təqdimatı keçirilib. Kitablar sırasına “Qədim qalanın yuxuları”, “Şuşa zirvədən uca”, “Zəfər salnaməsi”, “Salam, Azərbaycan!”, “Qarabağın qara kitabı”, “Dirçəliş.Başlanğıc” və başqaları daxildir. Həmin kitablar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına hədiyyə olunub.
Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “İrs” jurnalının fəaliyyətindən, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun ziyalılarının bu jurnalla olan qarşılıqlı əməkdaşlığından ətraflı söz açıb. Jurnalın Naxçıvanın tarixinə həsr olunmuş nömrəsinə də toxunan akademik nəşrin Naxçıvanın tarixinə aid faktlarla zəngin olduğunu qeyd edib. “İrs” beynəlxalq jurnalının nəşrlərinin 22 dildə işıq üzü gördüyünü deyən İsmayıl Hacıyev milli-mədəni irsimizin təbliğində bu jurnalın fəaliyyətini yüksək qiymətləndirib.
“İrs” jurnalının baş redaktoru Musa Mərcanlı məruzəsində “İrs” jurnalının vətənimizin qədim tarixinə, zəngin mədəniyyətinə, incəsənətinə və Qarabağ məsələlərinə həsr olunmuş nömrələrindən, Azərbaycanın inkişafını beynəlxalq ictimaiyyətə çatdırmaq fəaliyyətindən söz açmışdır. Musa Mərcanlı dünyanın 50 ölkəsinin Milli Kitabxanasında İRS-in nəşr etdiyi kitabların saxlandığını qeyd etmişdir. “Maddi mədəniyyət nümunələrimizə sahib çıxmaq vaxtıdır”, – deyən baş redaktor Qarabağdakı dağıdılan tarixi abidələrimiz və onların erməniləşdirilməsi məsələlərinə toxunub. “Daşları toplamaq vaxtıdır” kitabının təqdimatının beynəlxalq səviyyədə keçirildiyini vurğulayan Musa Mərcanlı növbəti böyük təqdimatın Bakıda olacağını bildirib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix elmləri doktoru, dosent Emin Şıxəliyev çıxışlarında “İrs” jurnalının ölkəmizin keçmişi, bu günü və gələcəyi olduğunu vurğulayıblar. İkinci Qarabağ müharibəsindən sonra regionun inkişafı ilə bağlı öz fikirlərini bildirib, İRS-in Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq işini layiqincə yerinə yetirdiyini qeyd ediblər. Onu da qeyd edək ki, Əbülfəz Quliyev Musa Mərcanlıya “Bütöv Azərbaycanı ikiyə bölən məkan: Türkmənçaya bir baxış” adlı tərcümə əsərini hədiyyə edib.
Daha sonra tədbirin bəzi iştirakçıları çıxış edərək ”İrs” jurnalına Azərbaycanı beynəlxalq səviyyədə tanıtdığına görə minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər