NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Naxçıvan təmsilçiləri “Şuşa kuboku” turnirində uğurla çıxış ediblər

...

Bakı şəhərində, Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə ənənəvi “Şuşa kuboku” turniri keçirilib.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, yarışda Naxçıvan Muxtar Respublikasını iki klubun – “Araz” Kikboksinq Klubunun və “Levent Bulut” Döyüş Klubunun idmançıları təmsil ediblər. Naxçıvan idmançıları həm turnir döyüşlərində, həm də Qala gecəsində uğurlu nəticələr əldə ediblər.

“Araz” Kikboksinq Klubunun idmançıları turnirdə 3 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 8 medal, Qala gecəsində isə 4 kubok qazanıblar. Ülvü Əliyev həm turnirin, həm də Qala gecəsinin qalibi olub. Fərid Əliyev və Əyyub Cəfərli turnirdə birinci olublar. Ələmdar Nəcəfov, Nəsir Əliyev və Hikmət Əşrəfli isə Qala gecəsi çərçivəsində fərqləniblər. Klub Qala gecəsindəki nəticələrinə görə kubokla mükafatlandırılıb. 

“Levent Bulut” Döyüş Klubunun təmsilçiləri Hüseyn Behbudov və Əli Fətullayev də Qala gecəsinin qalibləri kimi kuboka layiq görülüblər.

Beləliklə, Naxçıvanı təmsil edən klubların idmançıları, ümumilikdə, 3 qızıl, 4 gümüş, 2 bürünc medal və 6 kubok qazanaraq “Şuşa kuboku” turnirini uğurla tamamlayıblar.

Nəşr edilib : 12.11.2026 15:01