Kreml Azərbaycan və Ermənistan arasında sülh saziş...
14:28 25.06.2025
0
0
0
Naxçıvan Təlim Mərkəzinin "Şərq qapısı"na verdiyi məlumata əsasən sosial media menecmenti sahəsində nəzəri və praktiki biliklərin aşılandığı SMM təlimi uğurla başa çatıb. Təlimin son günündə iştirakçılar sosial media sahəsində ən son tendensiyalarla tanış olublar. Xüsusilə süni intellekt alətlərinin rəqəmsal marketinqdə və kontent istehsalında artan rolu barədə müzakirələr aparılıb.
Təlim proqramı çərçivəsində ümumi sertifikasiya imtahanı təşkil olunub. Yekun imtahanda yüksək nəticə göstərən iştirakçılar uğur sertifikatı ilə təltif olunacağı bildirilib.
Xatırladaq ki, təlimi beynəlxalq dərəcəli rəqəmsal marketinq mütəxəssisi Aslan Səfərov aparıb. SMM təliminə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 13 dövlət qurumundan, ümumilikdə, 46 əməkdaş cəlb olunub.
Naxçıvan Təlim Mərkəzi rəqəmsal bacarıqların inkişafı istiqamətində təlimlərini davam etdirəcəyini də qeyd edib.
Digər xəbərlər