NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

...

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, oktyabrın 13-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Belə ki, saat 10:00-dan 12:00-dək məhəllə 56, 59, 60, 61. Şəhriyar, Səməd Vurğun, Həsən Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Uşaq Xəstəxanasında, Naxçıvan  Perinatal Mərkəzdə  elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Nəşr edilib : 12.10.2026 17:03