NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılır

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb. Artıq bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.
Məqsəd isə şəhərdə yol hərəkəti təhlükəsizliyini təmin etməklə bərabər, yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır. 
Şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur.

Nəşr edilib : 14.10.2024 19:26