Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Artıq bir neçə gündür ki, şəhərimiz qışın qar sevincli, qar ətirli günlərinin sehrinə qərq olub. Doğma yurdumuzun tanış siması öz gözəlliyinin yeni çalarlarına qovuşaraq qışın poetik naxışlarını üzərində daşıyır.
Mənə görə, qar paklıq rəmzidir. Çünki hər tərəf ağ örpəyə bürünür. Həzin-həzin yağan qar dənəcikləri ətrafda füsunkar gözəllik yaradır. Biz də “Şərq qapısı” qəzetinin əməkdaşları olaraq bunun sevincini yaşayaraq şəhərimizin seyrinə çıxırıq.
İlin bu fəslində dümağ donunu geyinən Naxçıvan təbiətinə sanki yeni çalar qatıldığının şahidi oluruq. Diqqətimizi isə daha çox qarın sevincini yaşayan uşaqlar çəkir. Onlar havanın soyuq olmasına baxmayaraq, dostları ilə birgə qar topu oynayır, qar adam düzəldir, sürüşərək əylənirlər.
Qışın ən sevdiyim özəlliyi də məhz budur. Hər tərəfin ağappaq örtüsü ilə yaranan mənzərələr qəlbimizdə sevinc hissini oyadır. Yolboyu şəhər sakinlərinin gəzərkən qarı seyr etməyinin həzzini yaşadığını görürük. Çöldə qartopu oynayan uşaqların şən və duyğulu təbəssümləri qəlbimizi isidir.
Digər tərəfdən, avtomobillərin hərəkətində problem yaranmaması və insanların təhlükəsizliyi üçün DYP əməkdaşlarının gücləndirilmiş iş rejimi ilə çalışdığının şahidi oluruq. Hər fəslin özünəməxsus gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Naxçıvana yağan qar bu mənzərəsi ilə bizə sanki qış nağılını xatırladır.
Bu günlərin yaxşı bir tərəfi də ondan ibarətdir ki, hava soyuyan kimi insanlar bir-birinə daha çox yaxınlaşır, isti bir çay süfrəsi ətrafında söhbətlər dərinləşir, səmimiyyət artır. Elə buna görə də qış fəsli birlik, paylaşım və dəstək mövsümü kimi yadda qalır. Təsadüfi deyil ki, ən təsirli hekayələr, ən kövrək xatirələr və ən sehrli nağıllar məhz “Qış nağılı” adlanır.
Digər xəbərlər