NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki “Gəlinqaya” kafesinin fəaliyyəti məhdudlaşdırılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 5a ünvanında fəaliyyət göstərən “Gəlinqaya” kafesində nöqsanlar aşkar edilib.

Agentlikdən "Şərq qapısı"na bildirilib ki, kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

 Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektlərinin sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Nəşr edilib : 18.08.2025 18:55