NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 17 yaşlı yeniyetmə qız xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.
Belə ki, qəza zamanı 72-BE-972 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 67-BE-491 dövlət nömrəli nişanlı "NAZ-Lifan" markalı avtomobil və 67-BC-655 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Babək rayon Kültəpə kənd sakini, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Namiq qızı xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 24.09.2024 20:12