NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan şəhərində qəza olub, avtomobil yol kənarındakı evə ziyan vurub

...

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, avtomobil yol kənarındakı evə ziyan vurub.
"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində qeydə alınıb. 75-BN-326 dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobillə 71-BD-724 dövlət qeydiyyat nişanlı “Chevrolet" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib. Qəza zamanı, avtomobillərdən biri yol kənarına çıxaraq ağaca və evin divarına çırpılıb, bir nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.10.2025 11:23