NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

"Naxçıvan şəhərində DOST Mərkəzinin açılışı 2025-ci ilin ilk yarımilində nəzərdə tutulub"

...

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə deyib. O, bildirib ki, artıq Mərkəzin yerləşəcəyi binanın tikintisi yekunlaşmaq üzrədir: “Bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışın təmin edilməsi məqsədilə Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin 2025-ci ilin ilk yarısında açılışı nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Dövlət Proqramında nəzərdə tutulan Naxçıvan şəhərində DOST Mərkəzinin fəaliyyətə başlaması üçün həyata keçirilən müvafiq tədbirlərin icrası daim nəzarətdə saxlanılır. Artıq tikinti-quraşdırma işləri davam edən binada işlərin 90 faizi yekunlaşıb".
Fərid Bağırzadə mərkəzin yeni inşa olunan binasının Naxçıvan Dövlət Universitetinə verilməsi barədə söhbətlərə də aydınlıq gətirib: "Hazırda Mərkəzin yerinin dəyişdirilməsi barədə gəzən söhbətlər həqiqəti əks etdirmir və tikintisi davam edən binada DOST Mərkəzinin açılışı nəzərdə tutulub".

Nəşr edilib : 12.02.2025 15:18