NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, qəza şəhərin Əziz Əliyev küçəsində baş verib. Belə ki, 74-BD-361 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-CA-369 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 07.10.2024 14:04