NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvan şəhərində 3 avtomobil toqquşub

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb. Belə ki, 75-TA-476 dövlət nömrə nişanlı "Naz-Lifan", 75-BF-176 dövlət nömrə nişanlı "VAZ 2106" və 75-BL-674 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Nəşr edilib : 30.01.2026 12:56