Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Naxçıvan şəhəri COP29-a hazırlaşır" mövzusunda keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçı vəzifələrinin müvəqqəti icraçısı Əhməd Vəliyev COP29-la bağlı Azərbaycanda, o cümlədən Naxçıvanda aparılan işlər barəsində məlumat verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Hüseyn Səfərov təbiətin çirklənmə səbəbləri və onların həlli yolların haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif idarə və təşkilatları təmsil edən 70 nəfər iştirak edib.
Tədbirin yekununda COP29-la bağlı videoçarx nümayiş olunub, tədbir iştirakçılarına maarifləndirici broşürlər təqdim olunub.
Rafiq TƏHMƏZ
Digər xəbərlər