NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, qəza zamanı 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.
Digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.
Qeyd edək ki, xəsarət alan Rəsulov Fəridin toyu zamanı hadisə baş verib.

Nəşr edilib : 21.09.2024 20:01