Qəzada xəsarət alanların kimliyi məlum olub
19:30 30.12.2024
0
0
0
Türkiyənin Malatya şəhərində "VIl Altın Kayısı" adlı Beynəlxalq Şahmat turniri keçirilib. 26-31 avqust tarixlərini əhatə edən və 15 ölkədən 440 idmançının qatıldığı yarışda Naxçıvan Şəhər Uşaq Gənclər Şahmat Məktəbinin müəllim və şagirdləri uğurlu nəticələrə nail olublar. Təmsilçilərimiz turniri 4 medalla tamamlayıblar.
Beynəlxalq usta Toğrul Həsənzadə "A" qrupunda mükafatçılar sırasında yer alaraq medal və pul mükafatına sahib çıxıb. Qadın FİDE ustası Nəsrin Babayeva "A" qrupunda qadınlar arasında 3-cü olub.
Azyaşlı şahmatçılarımız Lətif Muradlı və Yasin Əzimov müvafiq yaş kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksən pilləsinə yüksəliblər.
Digər xəbərlər