Naxçıvan Dövlət Universitetinin təsisçisi olduğu “...
19:19 10.03.2025
0
0
0
NAXÇIVAN :
10 Mart 2025, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən yeniliklər çərçivəsində “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin Laboratoriya şöbəsi müasir tipli xidmətin göstərilməsi məqsədilə yenidən qurulub.
"Şərq qapısı" xəbər verir ki, laboratoriyanın infrastrukturu, avadanlıqları və xidmət keyfiyyəti tamamilə təkmilləşdirilib. Hazırda şöbə gün ərzində 350 vətəndaşa laborator xidmət göstərmək gücünə malikdir. Laboratoriyada 9 müayinə üzrə 86 adda analiz verilməsi mümkündür (əlavə 1). Burada 4 həkim laborant və 6 orta tibb işçisi xidmətin təşkil olunmasında fəaliyyət göstərir.
Cari il martın 3-dən “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ-i tərəfindən də mərkəzə analizlərin verilməsi üçün göndərişlərin verilməsinə başlanılıb. Martın 3-ü və 4-də mərkəzin laboratoriyasında 178 nəfərə xidmət göstərilib. Laboratoriyada hazırda 2 ədəd COBAS- C-311-biokimyəvi analizator mövcuddur. Cihazın 40-a qədər biokimyəvi göstərici yoxlamaq imkanı var. Bunlardan qaraciyər, böyrək sınaqları, lipidpaneli, mikroelementlər, protein paneli, Lipaza, PAM, LDH, CK, Mg, Fe, CKMB, HbA1c, fermentlər, revmatik sınaqları, transferrin təyinini, immunoqlobulin A, E, G, Mi və s. müayinə olunur. Bundan başqa, 2 ədəd Cobas e 411 analizatoru istifadə edilir. İmmunokimyəvi analiz tam avtomatlaşdırılmış ECL (ElectroChemiLuminescence) texnologiyası vasitəsi ilə aparılır.
Laboratoriyada qalxanabənzər vəzi, kardioloji, hamiləlik, onkotestlər, hormon, atopiyalar və digər testlər aparıla bilir. Test prosesində Sysmex CS 2500 və Sysmex CA600 koaquloqram cihazları istifadə edilir. Sysmex XP300 hematoloji analizatorunda qanın 20 parametri və Sysmex XN350 hematoloji analizatorunda 26 parametri təyin edilir. Bundan başqa, laboratoriyada müasir mikroskoplar, həmçinin yardımçı avadanlıqlar olan sentrifuqalar, mikserlər, su hamamları, termostatlar, quruducu şkaflar, soyuducular və laminar şkaflar vardır.
Qeyd edək ki, “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-in laboratoriyasında göstərilən xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində vətəndaşlara ödənişsiz göstərilir.
Digər xəbərlər