Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında bağlanan nikahların sayı açıqlanıb.
Bu barədə “Şərq qapısı”na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Aparatının Əhali, əmək, sosial və həyat keyfiyyəti statistika şöbəsinin müdiri Rəhim Əsgərov məlumat verib.Qeyd edilib ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında, ümumilikdə, 48 nikah rəsmiləşdirilib. Onlardan 20-si kişi, 28-i isə qadın olub.
Vurğulanıb ki, əvvəlki illərlə müqayisədə Naxçıvan vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayında sabitlik müşahidə olunur.
Qeyd edək ki, ötən il bağlanan nikahların sayı 53 (25 kişi, 28 qadın) olub.
Digər xəbərlər