Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçirilib. 6 idman növündə (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, boccia) müxtəlif kateqoriyalar üzrə 130-dan çox uşaq paralimpiyaçı medallar uğrunda mübarizə aparıb.
Paralimpiya oyunlarında muxtar respublikadan 3 məşqçi və 5 idmançı iştirak edib. Parapauerliftinq yarışında mübarizə aparan təmsilçilərimizdən Həsən Qasımov (50 kq+) gümüş, Mehdi Quliyev (50 kq) bürünc medalçı olub. Stolüstü tennis yarışında Sənan Mirzəyev gümüş, İsmayıl Həsənli isə bürünc medal qazanıb. Bununla Naxçıvan paralimpiyaçıları yarışı 2 gümüş və 2 bürünc medalla tamamlayıblar.
Uşaq paralimpiya oyunlarının keçirilməsində əsas məqsəd 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlbi ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.
Digər xəbərlər