Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Naxçıvan Muxtar Respublikasında səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Muxtar respublikada aparılan səhiyyə islahatlarının əsas məqsədlərindən biri səhiyyə xidmətlərinin gücləndirilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyəti, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir ki, Yoluxucu Xəstəliklər Mərkəzinin Toksikologiya şöbəsinin açılışı və fəaliyyətə başlaması ilə muxtar respublikanın səhiyyə sahəsində daha bir əhəmiyyətli addım atılmışdır. Bu yeni şöbə, regionda tibbi xidmətin səviyyəsini yüksəltməklə yanaşı, sakinlərə daha keyfiyyətli və ixtisaslaşdırılmış tibbi xidmət göstərmək məqsədi daşıyır.
Keçmişdə Naxçıvan Muxtar Respublikası ərazisində toksikoloji profilə aid olan xəstəliklərin müalicəsi ümumi profilli xəstəxanalarda aparılırdı. Bu isə tibb müəssisələrində iş yükünün artmasına, xəstəxanalarda sıxlığın yaranmasına və xüsusi baxım tələb edən xəstələr üçün lazımi tibbi yardımı göstərməkdə çətinliklərə səbəb olurdu. Toksikologiya şöbəsinin fəaliyyətə başlaması ilə bu problemlərin aradan qaldırılması və xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük bir addım atılmışdır.
Yeni Toksikologiya şöbəsi ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş və beynəlxalq standartlara cavab verən bir mərkəz olaraq fəaliyyət göstərir. Burada 7/24 ixtisaslaşmış həkim və tibb personalı tərəfindən geniş spektrli tibbi xidmətlər təqdim olunur. Şöbə qida, göbələk, dərman, ilan, əqrəb sancmaları və digər zəhərli heyvanlarla bağlı zəhərlənmələr, həmçinin botulizm, dəm qazı və müxtəlif toksik qazlarla yaranan zəhərlənmələrin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Bu yenilik muxtar respublika əhalisinə yüksək səviyyəli tibbi yardımın göstərilməsini təmin edəcək və səhiyyə sistemimizin inkişafını daha da irəliyə aparacaqdır.
Digər xəbərlər