Экспорт автономной республики вырос на 38,5 процен...
13:02 21.04.2026
0
0
0
Sentyabrın 8-11-də Çinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi – CIFIT 2025 çərçivəsində ölkəmiz “Invest in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur. Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadi və investisiya potensialı, əlverişli biznes mühiti barədə məlumatlar nümayiş olunur.
Muxtar respublikanın ilk dəfə təmsil olunduğu sərgidəki stenddə Naxçıvanda yerli xammal hesabına yaradılması səmərəli hesab olunan sahələr, eləcə də “yaşıl enerji”, turizm, nəqliyyat-logistika, sənaye və kənd təsərrüfatı imkanları barədə məlumatlar təqdim olunur.
CIFIT 2025 sərgisi 50-dən çox ölkənin stendlərini əhatə edir və 110-dan çox ölkə və regiondan nümayəndə heyətlərini bir araya gətirir. Beynəlxalq tədbir Naxçıvanın xarici investorlarla birbaşa əlaqələrinin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından əhəmiyyətli platformadır.
Digər xəbərlər