NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının bəzi dağlıq ərazilərinə qar yağıb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Qarın hündürlüyü Batabat yaylağı ərazisində 7, Biçənəkdə 3, Küküdə 2, Parağaçay və Nürgütdə 3 santimetr olub.
Muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı, aprel ayının 17-də yağıntıların tədricən azalacağı gözlənilir. Aprelin 18 və 19-da hava şəraitinin yağmursuz keçəcəyi 20-də qısamüddətli yağış yağacağı ehtimalı var.  Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir güclənəcək.

Nəşr edilib : 16.04.2025 10:34