“Erkən nikah və erkən analıq qızların təhsil və sa...
15:51 02.12.2024
0
0
0
Bu gün Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Mediatorlar Birliyi, Naxçıvan Dövlət Universiteti və muxtar respublika Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
Qeyd edək ki, konfransda rəsmi çıxışlar olacaq, Prezident cənab İlham Əliyev tərəfindən aparılan mühüm işlər, Türk dünyasında əməkdaşlıq məsələləri, habelə türkdilli dövlətlərin peşə birliklərindən biri olan Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti haqqında məlumat veriləcək. Həmçinin noyabrın 28-dən dekabrın 3-dək Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək Beynəlxalq Mediatorlar Şurasının 1-ci Qurultayı, bu Qurultay çərçivəsində təşkil ediləcək Qarabağ gecəsi haqqında da bəhs olunacaq.
Digər xəbərlər